RU

Pakistan ABŞ-İran danışıqlarını xilas etməyə çalışır

İslamabad Vaşinqton və Tehran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq üçün vasitəçilik səylərini artırıb…

Pakistanın ali siyasi və hərbi rəhbərliyi ABŞ və İran arasında danışıqların bərpası üçün fəal səylər göstərir.

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb.

İslamabaddakı mənbələrin məlumatına görə, Pakistanın rəhbərlik etdiyi vasitəçilər Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Regional rəsmilərdən biri bildirib ki, əsas maneələrdən biri İranın yeni danışıqlar raundundan əvvəl ABŞ-nin limanlarına qarşı blokadanı dayandırmasını tələb etməsidir.

Mənbənin sözlərinə görə, Tehran hələ də Prezident Donald Tramp administrasiyası ilə danışıqlara başlamazdan öncə Amerika blokadasının ləğvində israr edir. İran tərəfi bunu diplomatik prosesin bərpası üçün vacib ilkin şərt hesab edir.

Bildirilib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin bu gün Maskatda keçirdiyi görüşlər əsasən Hörmüz boğazı ilə bağlı məsələlərə həsr olunub. Mənbənin məlumatına əsasən, Tehran Omanı boğazdan keçən gəmilərdən rüsum yığılması mexanizmini dəstəkləməyə razı salmağa çalışır.

Müşahidəçilər hesab edirlər ki, Hörmüz boğazı ətrafında yaranan gərginlik ABŞ-İran danışıqlarının bərpası prosesinə əlavə çətinlik yaradır. Pakistan isə regionda mümkün eskalasiyanın qarşısını almaq və diplomatik kanalları yenidən aktivləşdirmək üçün vasitəçilik rolunu gücləndirməyə çalışır.

Poliqon.info

Избранный
22
11
poliqon.info

10Источники