RU

Hər şey qurma idi? - Trampa sui-qəsd cəhdi barədə iddia

ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdi onun reytinqini artırmaq üçün səhnələşdirilmiş ola bilər.

Publika.az xəbər verir ki, bunu amerikalı jurnalist Con Varoli "Abzats" nəşrinə verdiyi müsahibədə irəli sürüb.

Müxbir Trampın aşağı reytinqinə və həm liberallar, həm də mühafizəkarlar arasında populyar olmamasına işarə edib, prezidentin tez-tez öz komandası daxilində də tənqid olunduğunu xatırladıb.

Varoli hesab edir ki, bu şəraitdə Trampın ətrafının Amerika liderinin reytinqini artırmaq üçün saxta sui-qəsd cəhdi təşkil etməsi gözləniləndir.

Bundan əlavə, jurnalist Ağ Evin mətbuat katibi Kerolin Levittin qala şam yeməyindən əvvəl "atəş açılması" ilə bağlı zarafatının da təsadüf ola bilməyəcəyinə diqqət çəkib.

Избранный
20
publika.az

1Источники