RU

ABŞ İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyutanı dondurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ İranla əlaqəli 344 milyon dollar dəyərində kriptovalyutanı dondurub.

Banco.az xəbər verir ki, ABŞ-ın Xəzinə naziri Skott Bessent İranla əlaqəli çoxsaylı kriptovalyuta cüzdanlarına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində 344 milyon dollar dəyərində kripto aktivlərin dondurulduğunu açıqlayıb.

Bessent sosial media hesabında etdiyi paylaşımda “İqtisadi Qəzəb” proqramı çərçivəsində Tehranın maliyyə vəsaitlərini əldə etmə, köçürmə və ölkəyə geri qaytarma imkanlarını sistemli şəkildə zəiflətməyə davam edəcəklərini vurğulayıb.

O, “Xarici Aktivlərə Nəzarət Ofisi”nin (OFAC) İranla əlaqəli çoxsaylı kripto cüzdanlarına sanksiya tətbiq etdiyini bildirərək, bu addımın nəticəsində 344 milyon dollar dəyərində kripto aktivlərin dondurulduğunu qeyd edib.

Bessent əlavə edib: “Tehranın ölkədən çıxarmağa çalışdığı vəsaitlərin izini davamlı şəkildə izləyəcək və rejimlə əlaqəli bütün maliyyə kanallarını hədəf alacağıq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
23
banco.az

1Источники