RU

“Verder” “Ştutqart”la heç-heçə etdi

Almaniya Bundesliqasında 31-ci turun oyununda “Ştutqart” öz meydanında “Verder”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyunda ilk qolu qonaqlar vurublar. Yuki­nari Suqavaradan gələn məhsuldar ötürmədən sonra Yens Stage topu rəqib qapısından keçirib.

Lakin meydan sahibləri oyunu məğlubiyyətsiz başa vurmağı bacarıb. 61-ci dəqiqədə Ermedin Demiroviç “Ştutqart”a bərabərlik qolunu qazandırıb.

Bu nəticədən sonra “Ştutqart” turnir cədvəlində 57 xalla 4-cü pilləyə yüksəlib. “Verder” isə 32 xalla 12-ci yerdə qərarlaşıb.

Tərəflər arasında ilk dövrədə, dekabrın 14-də keçirilən matçda isə Bremen təmsilçisi evdə 0:4 hesabı ilə məğlub olmuşdu.

Избранный
33
29
90deqiqe.az

10Источники