Azərbaycan Premyer Liqasında 29-cu tur davam edir.
İdmanxeber.az-ın məlumatına görə, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Əvvəlcə “Şamaxı” öz meydanında “Kəpəz”lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Kəpəz” (4:1), 2-ci dövrənin matçında isə “Şamaxı” (2:0) qalib gəlib.
Günün ikinci matçında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Maraqla gözlənilən Azərbaycan derbisi Ağdam klubunun qələbəsilə başa çatıb – 5:1
saat 19:00-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.
Bugünkü görüş “Qarabağ” üçün 2-ci pillədəki mövqeyini möhkəmləndirmək, “Neftçi” üçün isə “Zirə”ni qabaqlayaraq 4-cü yerə yüksəlmək baxımından əhəmiyyətlidir.
26 aprel (bazar)
Misli Premyer Liqası, 29-cu tur
16:00 “Şamaxı” – “Kəpəz” – 2:0
Qol: Rikardo Apolinario, 68, Andrey Tirkoveanu, 75
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
19:00 “Neftçi” – “Qarabağ” 1:5
Qollar: Musa Qurbanlı, 9 (0:1), Elvin Bədəlov, 20 (1:1), Musa Qurbanlı, 32 (1:2), Joni Montiel, 38 (1:3), Leandro Andrade, 68 (1:4)
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”