RU

"Abşeron Lions" "Neftçi"ni məğlub etdi, finala yüksəldi

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, seriyanın ikinci görüşündə "Neftçi" ilə "Abşeron Lions" qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan matç "Abşeron Lions"un 90:81 hesablı qələbəsi ilə yekunlaşıb (30:26, 18:22, 21:16, 21:17). Qalib komandanın heyətində De’Andre Jackson 27 xalla ən məhsuldar oyunçu olub.

İlk oyunda da "Abşeron Lions" qalib gəlmişdi - 95:89.

Komanda finalda "Sabah"la üz-üzə gələcək.

Избранный
11
24
football-plus.az

10Источники