Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Sabah”la “Qarabağ” arasındakı kubok oyunundan sonra bu iki komandadan hansının güclü olmasıyla bağlı mübahisə və müzakirələr yeni vüsət aldı. Təəssüf ki, həmin oyunda da mübahisəli hakim qərarları oldu. Bu dəfə söz-söhbət azarkeş müstəvisindən bir qədər də yuxarı qalxdı. Mətbuat Şurasının sədri Rəşad Məcidin “Sabah”ın çempion olması və ya kuboku qazanması, avrokuboklarda uğur əldə etməsi kiçik bir dairənin müvəqqəti sevincinə səbəb ola bilər, amma onların uğurlarının “Qarabağ” kimi geniş rəğbət və həyəcan yaratması mümkünsüzdü” replikasına İTV-nin rəhbəri, “Sabah”ın rəhbərlərindən biri Balaş Qasımov yetərincə sərt cavab verdi: “Bəlkə belə bir qayda tətbiq edək ki, çempion olan komanda bir il müddətinə adını dəyişib “Qarabağ” olsun? O zaman həm hisslər yerində olar, həm də siyasət”.Balaş Qasımovun televiziyaçı həmkarı, ölkənin məşhur jurnaslitlərindən biri Mirşahin Ağayev də mübahisələrə biganə qalmayıb. Onun aşağıdakı paylaşımı şəxsən bizə “Qarabağ”ı müdafiə cəhdi, Balaş Qasımovun dediklərinin əleyhinə yazılan mesaj kimi göründü: “QARABAĞ (“QARABAĞ”) AZƏRBAYCANDI! HƏR BİR HALINDA. YA DIRNAQLI, YA DIRNAQSIZ!”ORXAN
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.