RU

Netanyahu "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham etdi: "İsrail zərbələri davam etdirəcək"

İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı "Hizbullah" hərəkatını atəşkəs rejimini pozmaqda ittiham edib.

Ölkə.az xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik iclasında çıxış edən B.Netanyahu vurğulayıb ki, İsrail ordusu "təhdidlərin qarşısını almaq üçün" Livan ərazisinə zərbələr endirməyə davam edəcək.

"Livanla bağlı belə bir təəssürat yarana bilər ki, İsrail Müdafiə Ordusu orada fəallıq göstərmir. Lakin ordu aktivdir və qətiyyətlə hərəkət edir. Anlamaq lazımdır ki, "Hizbullah" tərəfindən edilən pozuntular faktiki olaraq atəşkəs rejimini sıfıra endirir. Bizim üçün əsas prioritet İsrailin, əsgərlərimizin və vətəndaşlarımızın təhlükəsizliyidir", - deyə baş nazir qeyd edib.

İsrail və "Hizbullah" arasında 10 günlük müvəqqəti atəşkəs rejimi aprelin 17-si gecə yarısından qüvvəyə minib.

Избранный
52
olke.az

1Источники