Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankının avtomobilləri növbəti dəfə endirimlə satışa çıxarılır.
Avtosfer.az xəbər verir ki, hərrac 7 may 2026-cı il tarixində saat 10:00-da keçiriləcək. Hərraca 4-cü dəfə çıxarılan avtomobillər 30% endirimlə təklif ediləcək.
Hərraca, Bakı və Yevlax şəhərlərindəki – «Lexus», «Hyundai», «Mitsubishi», «Kia Cerato», «Mercedes», «VAZ» və «Honda» avtomobilləri çıxarılacaq.
Maşınların start qiymətləri 2 660 manatdan 71 min 877 manata qədər dəyişir. Hər bir lot üçün iştirakçılardan 10% beh tələb olunur.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbəsində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.
Əlaqə: "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsi (tel: 012-311-01-60 (daxili:1705,1706,1709));
Azərbaycan Respublikasının Mərkəzi Bankı, (tel:+994 12 493 11 22 (daxili: 515)).
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.