AZ

Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR 266 manatdan başlayır

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Mərkəzi Bankının avtomobilləri növbəti dəfə endirimlə satışa çıxarılır.

Avtosfer.az xəbər verir ki, hərrac 7 may 2026-cı il tarixində saat 10:00-da keçiriləcək. Hərraca 4-cü dəfə çıxarılan avtomobillər 30% endirimlə təklif ediləcək.

Hərraca, Bakı və Yevlax şəhərlərindəki – «Lexus», «Hyundai», «Mitsubishi», «Kia Cerato», «Mercedes», «VAZ» və «Honda» avtomobilləri  çıxarılacaq.

Maşınların start qiymətləri 2 660 manatdan 71 min 877 manata qədər dəyişir. Hər bir lot üçün iştirakçılardan 10% beh tələb olunur.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbəsində keçiriləcək.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.

Əlaqə: "Hərracların Təşkili Mərkəzi" publik hüquqi şəxsi (tel: 012-311-01-60 (daxili:1705,1706,1709));

Azərbaycan Respublikasının Mərkəzi Bankı, (tel:+994 12 493 11 22 (daxili: 515)).

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
avtosfer.az

1Mənbələr