RU

Dünya Kubokunda yumruqlanı “işə saldı”, Braziliyada Azərbaycan himnini səsləndirdi

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda final döyüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kq-da mübarizə aparan boksçumuz Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb.

Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycan himnini səsləndirib.

Избранный
28
sportinfo.az

1Источники