RU

Livanda İsrailin hücumları nəticəsində ölənlərin sayı 2509 nəfərə çatıb

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 17-də atəşkəs elan olunmasına baxmayaraq, İsrailin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində azı 13 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin X sosial şəbəkəsində dərc olunmuş hesabatında bildirilir ki, “2 mart tarixindən hərbi eskalasiyanın başlanmasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2509-a, yaralıların sayı isə 7755-ə çatıb”.

Səhiyyə Nazirliyi İsrailin yaşayış məntəqələrini və infrastruktur obyektlərini intensiv bombardman etməyə davam etdiyini qeyd edərək, itki və yaralıların sayının artacağını istisna etməyib.

Избранный
3
3
azertag.az

4Источники