RU

Köhnə mənzillərin bahalaşması niyə səngidi?

Azərbaycanda mənzillərin təkrar bazarında bahalaşma səngiyib. Rəsmi statistikaya görə, 2026-cı ilin birinci rübündə 2025-ci ilin eyni dövrünə nisbətən ilkin mənzil bazarında qiymətlər 13.1 faiz artsa da, təkrar bazarda artım 8.1 faiz təşkil edib.

Halbuki xeyli müddətdir ki, mənzil bazarında hər iki növ üzrə artım eyni səviyyədə olurdu, hətta bəzən təkrar bazarda qiymətlərin daha çox artdığı müşahidə edilirdi.

Maraqlıdır, bəs təkrar bazarda qiymət artımının səngiməsi nə ilə bağlıdır?

Publika.az xəbər verir ki, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov məsələni Baku TV-yə belə şərh edib: "Köhnə yaşayış fondu bazara uyğun qiymət formalaşdırıb - alıcılıq dinamikasına və alıcılıq qabiliyyətinə görə. Amma ilkin bazarda, yəni tikinti şirkətlərinin özlərinin satdıqları halda bunlar arasında rəqabət çox az olduğuna görə satışa çıxan əmlakların orta hesabla qiymətləri 10-12 faiz, bəzi hallarda 15 faiz real bazar qiymətindən yüksəkdir".

Избранный
8
3
publika.az

4Источники