RU

Azərbaycanda bu tarixdə hotellər kəskin bahalaşacaq SƏBƏB

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

May ayındakı ardıcıl qeyri-iş günləri Azərbaycanın daxili turizm bazarında kəskin canlanma yaradaraq regionlara olan axını sürətləndirir. Yaz fəslinin əlverişli hava şəraiti ilə birləşən bu tətil günləri minlərlə insanın səyahət planlarını reallaşdırmasına geniş imkanlar açır. Lakin tələbin bu dərəcədə kütləvi xarakter alması, təbii olaraq, turizm obyektlərinin qiymət siyasətinə də birbaşa təsir göstərir. Xüsusilə populyar istiqamətlərdə yerləşən hotellər artan marağı nəzərə alaraq öz tariflərini dinamik şəkildə yuxarı doğru tənzimləyirlər. Bazar iqtisadiyyatının qanunauyğunluğu kimi ortaya çıxan bu bahalaşma, həm lüks istirahət mərkəzlərində, həm də orta seqmentli qonaqlama yerlərində müşahidə edilir. Nəticədə, bayram ərəfəsində boş yer tapmaq çətinləşir və qiymətlər adi günlərlə müqayisədə əhəmiyyətli dərəcədə fərqlənir. Turizm sahəsi üzrə ekspert Rəhman Quliyev Demokrat.az-a deyib ki, bu gün Azərbaycanda turizm sahəsində müəyyən nisbi durğunluq müşahidə olunur:“Bu hal əsasən ölkəyə gələn turist sayının azalması ilə əlaqələndirilir. Sözügedən azalma isə dünyada baş verən geosiyasi proseslər, xüsusilə də Körfəz ölkələrində baş verən müharibələr və artilleriya döyüşləri ilə bağlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Asiya ölkələrindən Azərbaycana həyata keçirilən bir çox aviareyslər Körfəz ölkələrinin hava məkanından istifadə edir. Hazırda həmin hava məkanının qapalı olması turist axınının azalmasına birbaşa təsir göstərir. Bununla belə, ümumi mənzərəyə baxdıqda, hər il olduğu kimi, əlamətdar günlərdə bölgələrdə və hotellərdə doluluq səviyyəsi artır. Digər tərəfdən, fevral-aprel ayları qeyri-sezon dövrü hesab olunduğuna görə bu müddətdə hotellər tərəfindən müxtəlif kampaniyalar və aksiyalar təşkil olunur, qiymətlər isə nisbətən aşağı təklif edilir. Dünya təcrübəsi göstərir ki, tələbat artdıqca qiymətlərin yüksəlməsi qaçılmazdır. Bu, bazarın təbii reaksiyasıdır”.O bildirib ki, hotellərin satış siyasəti də qiymətlərin formalaşmasına təsir edir:“Adətən ilk növbədə "ekonom" və "standart" otaqlar satışa çıxarılır. Bu otaqlar daha kiçik sahəyə malik olduğundan və daha az xidmət tələb etdiyindən daha münasib qiymətlə təklif olunur. Lakin daha yüksək kateqoriyalı otaqlar məsələn, "suite", "superior", "exotic suite", "grand suite" və "family suite" daha geniş sahəyə və əlavə xidmətlərə malikdir. Bu tip otaqlarda isitmə, soyutma, xidmət və əlavə personal xərcləri daha yüksək olduğuna görə qiymətlərin baha olması qaçılmazdır. Tələbat artdıqca əvvəlcə daha münasib qiymətli otaqlar satılır, yüksək kateqoriyalı otaqlar isə qalır. Bu isə ümumi qiymətlərin yüksək görünməsinə səbəb olur və cəmiyyətdə bəzən çaşqınlıq yaradır. Halbuki qiymət artımının arxasında konkret və məntiqli səbəblər dayanır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
54
9
demokrat.az

8Источники