RU

Azərbaycanda bala dair yeni qaydalar hazırlanır

Bakı. Trend:

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiqediləcək.

Trend-in əldəetdiyi məlumata görə, bununla bağlı müvafiq texniki normativ hüquqiakt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarlarazılaşdırılma mərhələsindədir.

Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqlabal istehsal edildiyi bölgənin bitki örtüyünə xasxüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin coğrafi bölgənincoğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yolveriləcək.

Qeyd edək ki, filtrlənmiş bal kənar üzvi və yaqeyri-üzvi maddələrin filtrasiya yolu ilə kənarlaşdırılmasıvasitəsilə çiçək tozcuğu tərkibi azaldılmış baldır. Bişirməbalı isə sənayedə və ya sonradan emal edilən qidaməhsullarının inqrediyenti kimi istifadəsi nəzərdə tutulan, kənardad və qoxuya malik, qıcqırmağa başlamış, qıcqırmış və ya yüksəktemperaturda emal olunmuş bal hesab edilir.

Избранный
24
17
az.trend.az

10Источники