RU

İstanbulun içməli su problemi olmayacaq

Yazını böyüt
Yazını kiçilt

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) məlumatlarına görə, noyabr və dekabr aylarında 20 faizdən aşağı düşən bəndlərdəki suyun səviyyəsi son yağıntılarla artıb.

Hafta.az yazır ki, meqapolisdə bəndlərin orta doluluq nisbəti 12 yanvar tarixində 22,01 faiz təşkil etdiyihalda, bu gün 71,08 faizə çatıb.

Ən yüksək su səviyyəsi Ömərli bəndində 94,09 faiz, ən aşağı səviyyəsi isə 36,23 faizlə İstrancalar bəndində qeydə alınıb.

İSKİ-nin məlumatlarına görə, 26 aprel tarixinə İstanbul bəndlərinin doluluq dərəcələri aşağıdakı kimidir:

Əlibəy bəndi 67,38 faiz, Büyükçəkməcə bəndi 57,02 faiz, Darlık bəndi 87,81 faiz, Elmalı bəndi 92,21 faiz, İstrancalar bəndi 36,23 faiz, Kazandərə bəndi 60,47 faiz, Pabuçdərə bəndi 60,63 faiz, Sazlıdərə bəndi 46,05 faiz, Terkos nəndi 58,03 faiz, Ömərli bəndi 94,09 faiz.

Избранный
37
hafta.az

1Источники