RU

Gürcüstanda Azərbaycan vətəndaşları da daxil 55 miqrant saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən Miqrasiya Departamentinin əməkdaşları xüsusi nəzarət tədbirləri nəticəsində 55 xarici vətəndaşı saxlayıb.

AzNews.azxəbər verir ki, nazirliyin yaydığı məlumata görə, əməliyyatlar qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində ölkə daxilində müxtəlif obyekt və ərazilərdə həyata keçirilib.

Nəticədə Rusiya, Özbəkistan, Türkiyə, Belarus, Qırğızıstan, Azərbaycan, İordaniya, Fil Dişi Sahili, Banqladeş, Türkmənistan və Pakistan vətəndaşları aşkarlanaraq saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxslərin Gürcüstanda qalmaq üçün qanuni əsaslarının olmadığı və ölkədə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında" qanunun tələblərini pozduqları müəyyən edilib.

Избранный
40
11
aznews.az

10Источники