ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Malidə Rusiya ilə əlaqəli olduğu bildirilən “Afrika korpusu”na məxsus helikopterin vurulduğu iddia olunur. Bu barədə “Fighterbomber” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, helikopterdə olan ekipaj və mobil atəş qrupu həlak olub. İlkin versiyaya əsasən, hadisəyə səbəb kimi zenit-raket kompleksi (ZRK) ilə həyata keçirilmiş xarici atəş təsiri göstərilir. Hadisə ilə bağlı rəsmi təsdiq hələlik yoxdur.
Aprelin 27-də Rusiya Müdafiə Nazirliyi yaydığı açıqlamada bildirib ki, aprelin 25-də Malidə hökumət əleyhinə silahlı qruplar paytaxt və ətraf bölgələrdə koordinasiyalı hücumlar həyata keçiriblər.
Nazirliyin məlumatına görə, təxminən 250 silahlı şəxs yaxınlıqdakı hərbi bazaya hücum edib. Bildirilir ki, Mali ordusu hücumun qarşısını alıb. Rəsmi açıqlamada helikopter insidenti barədə məlumat yer almayıb.
Fransanın və nəşrlərinin mənbələrə istinadən yaydığı xəbərlərə görə, aprelin 25-də Kati hərbi bazasında baş verən partlayış nəticəsində Malinin müdafiə naziri həlak olub. İddialara əsasən, onun evinin yaxınlığında partlayıcı ilə yüklənmiş yük maşını partladılıb.
BMT-nin məlumatına görə, həmin gün hökumət əleyhinə silahlı dəstələr paytaxt Bamako ilə yanaşı, ölkənin şimalındakı , və şəhərlərinə də hücumlar təşkil ediblər.
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.