RU

6 manata görə söyüldü, satıcını döydü, həbsə düşdü Təfərrüat

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yevlax rayonunda mağaza sahibi döyülüb.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yevlax şəhəri, R.Məmmədov küçəsində baş verib. 1992-ci il təvəllüdlü Nahid həmin küçədə Nüsrətəlinin yaşadığı evin və ticarətlə məşğul olduğu mağazanın qarşısında onunla söhbət edib. Bu zaman Nüsrətəli ondan əvvəllər nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməsini Nahiddən xahiş edib. Nahid isə nisyə aldığı ərzaq məhsullarının pulunu ödəməyəcəyini onun üzünə qarşı deyib və heç bir əsaslı səbəb olmadan ünvanına nalayiq söyüşlər söyüb. Sonra əli ilə mağaza sahibinin sifət nahiyəsinə vurub.İş üzrə ifadə verən Nahid özünü ona verilən ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Nüsrətəli onun qonşusudur: “Nüsrətlə heç bir düşmənçiliyim və ədavətim olmayıb. Onun evin həyətyanı sahəsində kiçik ərzaq mağazası var və mağazada ərzaq məhsulları satır. 2025-ci ilin may-iyun aylarında Nüsrətin mağazasından 6,30 manatlıq qənd, pesok və çörək almışam. Pulum olmadığı üçün borcumu ödəyə bilmədim”.Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisə günü, saat 21 radələrində evinin qarşısında telefonla danışarkən Nüsrətəli ona olan pul borcunu nəyə görə vermədiyini soruşub və ünvanına təhqiramiz ifadələr işlədib: “Bundan əsəbləşərək Nüsrətin üstünə gəldim və yumruqla çənə nahiyəsinə bir dəfə zərbə vurdum. Zərbənin təsirindən Nüsrət yerə yıxıldı. Bundan sonra öz yaşadığım evə getdim. Yaşar adlı qonşum isə Nüsrətin yanına yollandı və Nüsrəti yerdən durmağa kömək etdi, onu öz evlərinə apardı”. Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən səmimi olaraq peşiman olduğunu, zərərçəkmiş şəxsdən üzr istədiyini deyib. O, ittiham olunduğu Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən səmimi olaraq peşman olduğunu və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq olunmasını xahiş edib.Yevlax Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilib və cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
31
demokrat.az

10Источники