RU

Nizami Kino Mərkəzinin direktoru işdən çıxdı

Bakı.Trend:

Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyevmüqaviləsinin müddəti başa çatdığı üçün vəzifəsindən ayrılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Kino Agentliyindən(ARKA) bildirilib.

Qeyd edilib ki, Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiqəmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorununsəlahiyyətlərini Turan Məmmədli icra edir.

Turan Məmmədli Türkiyənin Kocaeli universitetində Siyasət vədövlət idarəçiliyi ixtisası üzrə bakalavr, Marmara universitetindəKino-Televiziya ixtisası üzrə magistr təhsili almışdır. 2024-cüildən etibarən Azərbaycan Respublikasının Kino Agentliyində aparıcıməsləhətçi vəzifəsində çalışmış, Kino mədəniyyətinin təbliğişöbəsinin müdiri olub.

Hazırda eyni zamanda, Təhlil və layihələrin idarəedilməsişöbəsinin müdiri vəzifəsində çalışır.

Rejissor, prodüser Əli-səttar Quliyev hazırda dövlət kinomüəssisələrində fəaliyyətini davam etdirir. O, dövlət dəstəyiləçəkilmiş filmlərin satışı və yayımı sahəsindəki məsul şəxslərdənbiridir.

Избранный
46
2
az.trend.az

10Источники