RU

III Çarlz Trampa açılan atəşdən sonra ABŞ-a səfər edəcək?

Vaşinqtonda keçirilən rəsmi şam yeməyi zamanı silah səslərinin eşidilməsi və Donald Trampın təxliyə edilməsi Böyük Britaniya kralı III Çarlzın ABŞ-a planlaşdırılan səfərini sual altına qoyub.

Publika.az “Sky News”a istinadən xəbər verir ki, Bukingem sarayı baş vermiş hadisəyə baxmayaraq, kralın ABŞ səfərinin təxirə salınmayacağını rəsmən təsdiqləyib.

Məlumata görə, tərəflər arasında aparılan uzunmüddətli müzakirələrdən sonra kral və kraliçanın səfərinin əvvəlcədən müəyyən edilmiş plan üzrə baş tutacağı bəyan edilib.

Saraydan verilən açıqlamada deyilir: “Hökumətin tövsiyələri nəzərə alınaraq, Əlahəzrətlərinin dövlət səfərinin plan üzrə keçiriləcəyini təsdiqləyirik. Kral və kraliça səfərin baş tutması üçün zəhmət çəkən hər kəsə təşəkkür edir və sabahkı səfəri səbirsizliklə gözləyirlər”.

Qeyd olunur ki, təhlükəsizlik mülahizələrinə görə proqramda yalnız kiçik texniki dəyişikliklər ediləcək.

Избранный
20
38
publika.az

10Источники