RU

Minifutbol üzrə Azərbaycan millisi Monteneqroya yollanıb

Bakı, 27 aprel, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan bir həftəlik təlim-məşq toplanışını uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, komanda Avropa çempionatına hazırlıq planı çərçivəsində Monteneqronun Herçeq Novi şəhərinə yollanıb.

Yığma burada keçiriləcək mini-turnirdə iştirak edərək hazırlıq mərhələsini yekunlaşdıracaq.

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı 27 may – 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

 

Избранный
43
2
azertag.az

5Источники