RU

Plan ifşa olunarsa, hüquqi və siyasi nəticələri çox ağır olar Deputat

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyası əməkdaşlarını “Washington Hilton” hotelindəki qəbulu zamanı atışma olub.

Hadisə nəticəsində tədbirdə iştirak edən prezident Donald Trump, Vitse-prezident Cey Di Vensi və Ağ Evin Mətbuat katibini zaldan çıxarıblar.

Xüsusilə Azərbaycan ictimai-siyasi mühitində də belə bir iddia var ki, o da bu hadisənin məqsədli şəkildə, planlı törədilməsidir.

Bəs doğrudan da belədirmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

O bildirib ki, ABŞ mediasının ən prestijli tədbirlərindən olan  Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi (White House Correspondents’ Dinner) adətən zarafatların, yumorun və siyasi eyhamların səsləndiyi gecə olsa da, bu dəfə gözlənilmədən silah səsləri ilə yadda qaldı:

“Bu, adi insident deyildi. Tədbirin keçirildiyi məkanda ən yüksək səviyyəli təhlükəsizlik tədbirləri görülmüşdü. ABŞ Məxfi Xidməti əməkdaşları, yerli polis və digər qurumlar hər detalı nəzarətdə saxlayırdı. Buna baxmayaraq, silahlı şəxsin təhlükəsizlik zonasına qədər yaxınlaşması ciddi suallar doğurur: sistemdə boşluqmu var, yoxsa sadəcə təsadüfi bir sızma, yaxud da Prezident Donald Trampın özünün planlaşdırdığı “komediya” idi? Hadisədən dərhal sonra sosial şəbəkələr və bəzi siyasi dairələrdə də bu kimi fərqli iddialar dolaşmağa başladı. “Bu bir oyundur” demək asandır. Lakin belə bir ssenarinin reallaşması üçün yüzlərlə insanın təhlükəsizlik xidmətlərindən tutmuş təşkilatçılara qədər bu “oyunda” iştirak etməsi və illərlə bunu gizli saxlaması tələb olunur. Bu isə real siyasətin sərt və amansız reallıqları fonunda inandırıcı görünmür. Hadisəni Trampın özünün planlaşdırması barədə heç bir sübut yoxdur və bu ssenari real görünmür. Çünki Söhbət Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyi kimi yüksək təhlükəsizlik olan bir tədbirdən gedir. Belə tədbirlərdə ABŞ Məxfi Xidməti və digər qurumlar çox qatlı qoruma sistemi qurur. Bu sistemin içində qəsdən “səhnələşdirilmiş” hücum təşkil etmək üçün çoxsaylı qurumların və şəxslərin koordinasiyalı şəkildə iştirak etməsi və bunu gizli saxlaması tələb olunardı. Bu isə praktik olaraq son dərəcə çətindir. Donald Trump kimi bir siyasi fiqurun belə riskli və nəzarətdən çıxa biləcək bir planı təşkil etməsi iddiası ciddi sübutlar tələb edir. Çünki belə hadisə onun özü üçün də real təhlükə yaradır. İfşa olunarsa, hüquqi və siyasi nəticələri çox ağır olar, bu miqyasda gizli planların sızmaması tarixdə nadir hallarda baş verir. Şübhə etmək normaldır, amma nəticəyə gəlmək üçün sübut lazımdır. Hazırda isə bu, daha çox fərziyyə səviyyəsindədir, fakt yox. Bəli, ABŞ-də siyasi gərginlik son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Bəli, zorakılıq halları daha çox müzakirə olunur. Amma hər insidentə “səhnələşdirilmiş plan” kimi yanaşmaq bizi həqiqətdən uzaqlaşdırır. Bu hadisə bir daha göstərdi: ən güclü dövlətlər belə təhlükəsizlik baxımından tam sığortalanmayıb. Və ən vacibi, informasiya əsrində doğru ilə şayiəni ayırd etmək əvvəlkindən daha çətindir”, – deyə o, həmçinin qeyd edib.

Orxan

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
51
icma.az

1Источники