RU

Onlar artıq MSK üzvü deyillər

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, məlumatına görə, MSK-nın əvvəlki tərkibində üzv olan bəzi şəxslər yeni tərkibdə yer almayıblar.

Belə ki, aşağıdakı şəxslər 2026-cı il aprelin 27-də formalaşan MSK-nın yeni tərkibində təmsil olunmayacaqlar:

Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Şaitdin Əliyev;
    Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən Validə Kazımova;
    Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edən Nizami Nadirxanlı.

Избранный
10
4
day.az

6Источники