Ermənistanda siyasi aksiya üçün insanlara pul təklif edilib, aralarında azyaşlılar da olduğu bildirilir.
Musavat.com xəbər verir ki, Ermənistanda eyni ailənin dörd üzvünə qarşı mitinq iştirakçılarını maddi həvəsləndirmə ittihamı ilə cinayət işi başlanıb.
Respublikanın İstintaq Komitəsinin məlumatına görə, hadisə 2026-cı il 11 aprel tarixində İrəvanda keçirilmiş “Güclü Ermənistan” alyansının mitinqi ilə bağlıdır.
İstintaq materiallarında bildirilir ki, şübhəlilər tədbirə yüksək iştirak təmin etmək məqsədilə bir qrup şəxsə, o cümlədən yetkinlik yaşına çatmayanlara pul vəd ediblər.
Məlumata əsasən, həmin şəxslər Şirak vilayətinin Kiçik Mantaş kəndindən paytaxta kirayə taksilərlə gətirilib.
Daha sonra mitinq iştirakçılarına hər nəfərə 10 min dram ödənildiyi iddia olunur.
Hazırda ailənin dörd üzvünə rəsmi ittiham irəli sürülüb.
Azyaşlı ailə üzvü ilə bağlı isə tərbiyəvi nəzarət tədbiri tətbiq olunub.
Musavat.com