RU

Orbanın ətrafındakılar milyonlarını ölkədən çıxarır

Macarıstanın keçmiş baş naziri Viktor Orbanın seçkidə məğlubiyyətindən sonra onun partiya silahdaşları və yaxın dairəsi sürətlə var-dövlətlərini xaricə köçürməyə başlayıb, xüsusi təyyarələrlə Vyanadan milyonlar daşınır…

Poliqon xəbər verir ki, Viktor Orbanın seçkidə məğlub olmasından sonra onun “Fides” partiyası ilə bağlı olan müttəfiqləri çaxnaşma içində sərvətlərini qorumağa çalışırlar. The Guardian qəzetinin məlumatına görə, Orbanın 16 illik hakimiyyəti dövründə toplanan var-dövləti ehtimal ki, daşıyan xüsusi təyyarələr Vyana hava limanından havaya qalxır.

Digər yaxın çevrə üzvləri isə aktivlərini tələsik xaricə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-a köçürürlər. Bəzi yüksək vəzifəli şəxslər eyni zamanda ABŞ vizası əldə etmək və MAGA hərəkatı ilə bağlı qurumlarda işə düzəlmək imkanlarını araşdırırlar.

Ölkənin gələcək baş naziri Peter Madjar bəyan edib ki, “Fides”lə əlaqəli oliqarxlar məsuliyyətdən yayınmaq üçün milyardlarla dolları BƏƏ və ABŞ kimi ölkələrə köçürürlər. Madjar vəd edib ki, yeni hökumət bu vəsaitlərin geri qaytarılması və onları əldə edənlərin məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirləri görəcək.

Ekspertlər qeyd edir ki, bu proses Macarıstanda hakimiyyət dəyişikliyindən sonra siyasi elitanın qorxularını əks etdirir. Yeni administrasiyanın korrupsiya ilə mübarizə və oliqarxların sərvətlərinin araşdırılması istiqamətində addımlar atacağı gözlənilir.

Poliqon.info

Избранный
60
poliqon.info

1Источники