RU

“Mən pedofil deyiləm” Tramp onlara HİDDƏTLƏNDİ KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ prezidenti Donald Tramp Vaşinqtondakı “Washington Hilton” otelində baş verən silahlı insidentdən sonra ona qarşı səsləndirilən ittihamlara sərt reaksiya verib.

KONKRET.az xəbər verir ki, məlumata görə, hadisəni törədən Koel Tomas Allen hücumdan əvvəl ailə üzvlərinə təxminən 1100 sözdən ibarət mətn göndərib.

KİV həmin mətni “manifest” adlandırıb.

Yazıda ABŞ liderinə qarşı ağır ittihamlar yer alıb və o, mərhum milyarder Cefri Epşteyn ilə əlaqələrdə günahlandırılıb.

“60 dəqiqə” proqramına müsahibə verən Donald Tramp bu ittihamları qəti şəkildə rədd edib.

O, bildirib ki, səsləndirilən fikirlər əsassızdır və onları yazan şəxs psixi problemləri olan biridir. Prezident həmçinin jurnalistləri bu iddiaları efirdə səsləndirdiklərinə görə tənqid edib və belə yanaşmanı “utancverici” adlandırıb.

Tramp əlavə edib ki, onun adı müxtəlif qalmaqallara əsassız şəkildə qarışdırılır və bunun reallıqla heç bir əlaqəsi yoxdur. O, özünün tam bəraət aldığını vurğulayıb və bu mövzunun mediada qabardılmasına etiraz edib.

Hadisə və onun ətrafında yaranan müzakirələr ABŞ-da təhlükəsizlik, siyasi ritorika və media məsuliyyəti məsələlərini yenidən gündəmə gətirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
konkret.az

2Источники