RU

Britaniyada İran müharibəsinin fəsadları ilə bağlı fövqəladə iclas keçiriləcək

Bakı.Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də İranmüharibəsinin fəsadlarının ölkədə yaşayış xərclərinə təsiri iləbağlı “Kobra” fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.

Trend xaricimediaya istinadən xəbər verir ki, bunu britaniyalı hökumət başçısıpərakəndə ticarət, anbar logistikası, distribusiya və xidmətsahələrində çalışanları birləşdirən USDAW həmkarlar ittifaqınınüzvləri qarşısında çıxışı zamanı bildirib.

“Sabah mən İran müharibəsinin fəsadlarına həsr olunmuş “Kobra”iclasına rəhbərlik edəcəyəm. İclasda İngiltərə Bankınınnümayəndələri də iştirak edəcək ki, siz əmin olasınız: bu böhrandövründə biz çalışan insanları dəstəkləyəcəyik”, – Starmer qeydedib.

Onun sözlərinə görə, İran müharibəsinin iqtisadi təsirlərimüəyyən müddət ərzində artıq hiss oluna bilər. Starmer buna misalolaraq ölkədə hər bir yanacaqdoldurma məntəqəsində avtomobilyanacağının qiymətlərinin rekord sürətlə artmasını göstərib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Избранный
62
az.trend.az

1Источники