RU

Rusiyanın müdafiə naziri Qırğızıstana səfər edib

Rusiyanın müdafiə naziri Andrey Belousov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin görüşündə iştirak etmək üçün Qırğızıstana səfər edib.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, görüşdə hər iki tərəfin hərbi nümayəndə heyətləri beynəlxalq və regional təhlükəsizliyin cari məsələlərini və ölkələrin qurumları arasında gələcək əməkdaşlığı müzakirə edəcəklər. Bildirilib ki, Andrey Belousov Qırğızıstanda yerləşən Rusiya hərbi obyektlərini yoxlayacaq və ŞƏT-ə üzv dövlətlərin müdafiə nazirliklərinin rəhbərləri ilə bir neçə ikitərəfli görüş də keçirəcək.

Qeyd edək ki, ŞƏT-ə Rusiya, Belarus, Çin, Qırğızıstan, Qazaxıstan, Hindistan, Tacikistan, Özbəkistan, eləcə də İran və Pakistan daxildir.

İlahə QənbərliMissiya.Az

Избранный
44
6
missiya.az

10Источники