RU

Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Binəqədi rayonu, Atatürk prospektində qayda pozan piyada kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 24-də saat 20:43 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, qadın piyada yaxınlaşmaqda olan avtomobilə məhəl qoymadan yolu təyin olunmamış yerdən keçməyə cəhd edir. Bu zaman sürücü əvvəlcə siqnal verərək onu xəbərdar edir, daha sonra isə iradını bildirir. Sürücünün dayanmadığını görən piyada isə əli ilə keçmək istədiyini işarə edərək, vəziyyəti sanki sürücü qayda pozurmuş kimi təqdim etməyə çalışır.

Görüntülərdən həmçinin məlum olur ki, hadisə yerindən bir qədər irəlidə piyada keçidi mövcuddur.

Xatırladaq ki, piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır. Bu cür qayda pozuntuları həm piyadaların, həm də sürücülərin həyatı üçün ciddi təhlükə yaradır.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
64
avtosfer.az

1Источники