RU

Təbiətin al qırmızı möcüzəsi: Ağcabədidə “lalə dənizi” VİDEO

ain.az, Azertag portalına istinadən məlumat verir.

Ağcabədi, 27 aprel, AZƏRTAC

Yazın gəlişi ilə Azərbaycanın müxtəlif bölgələri rəngarəng çiçəklərlə bəzənir. Bu təbii gözəlliklər arasında Ağcabədi rayonu ərazisində yerləşən Ağgöl Milli Parkı və ətrafındakı geniş laləliklər füsunkar görünüşü ilə diqqət çəkir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel ayının ikinci yarısından etibarən burada açan lalələr ərazini al-qırmızı rəngə boyayaraq valehedici mənzərə yaradır. Bahar mehinin təsiri ilə dalğalanan bu zərif çiçəklər seyr edənlərdə "lalə dənizi" təsiri oyadır. Günəş şüaları çiçəklərin üzərinə düşdükcə qırmızının müxtəlif çalarları daha da canlanır, təbiətə xüsusi bir ahəng və gözəllik qatır.

Təbiətin yaratdığı ecazkar mənzərəni seyr etmək üçün Ağcabədi ilə yanaşı ətraf rayonlardan da insanlar buraya üz tutur, bu anları yaddaşlarında və fotoşəkillərdə əbədiləşdirməyə çalışırlar. Təbiətin yaratdığı bu bənzərsiz mənzərə onu görən hər kəsdə unudulmaz təəssüratlar yaradır.

Müxbir – Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
52
azertag.az

1Источники