RU

Rusiyada güclü qar səbəbindən 50-dən çox uçuş TƏXİRƏ SALINIB

Ajans.az “Baza” Telegram kanalına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən onlarla təyyarə hava limanında qalıb. Dünən gecə 50-dən çox uçuş gecikib. Hava limanının mətbuat xidməti bildirib ki, güclü qar yağışı və görünürlüğün 1000 metrdən aşağı düşməsi təhlükəsizlik baxımından bəzi reyslərin təxirə salınmasına səbəb olub. “Bu uçuşların sərnişinləri təyyarələrdən düşürülərək terminala yönləndirilib və hava şəraitinin yaxşılaşmasını gözləyirlər. Gecikən reyslərin sərnişinlərinə Federal Aviasiya Qaydalarına uyğun xidmət göstərilir”, – deyə açıqlamada qeyd olunub.

Bununla yanaşı, hava limanı əlverişsiz hava şəraitinə baxmayaraq fəaliyyətini davam etdirdiyini və əvvəllər təxirə salınmış bəzi reyslərin artıq yola düşdüyünü vurğulayıb.

Избранный
81
Ajans.az

1Источники