RU

SOCAR "Ukrnafta" ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Ukraynanın "Ukrnafta" şirkəti mövcud əməkdaşlığın cari vəziyyətini, inkişaf perspektivlərini müzakirə edib.

Bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bununla bağlı müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə "Ukrnafta"nın baş icraçı direktoru Sergey Koretskiy arasındakı görüşdə aparılıb.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, bu xüsusda SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti qeyd olunub.

Избранный
4
50
marja.az

10Источники