RU

Avropa liderindən Ukrayna ilə bağlı etraf: Sülh ümidləri puça çıxdı?

Finlandiya prezidenti Aleksandr Stubb Ukrayna ilə bağlı sülh danışıqları ətrafında əvvəlki optimist gözləntilərinin doğrulmadığını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Clash Report" "Telegram" kanalı məlumat yayıb.

Onun sözlərinə görə, bir neçə ay ərzində prosesdə irəliləyiş olacağına ümid etsə də, hazırda danışıqların uzandığını düşünür. Prezident vəziyyətə dair qiymətləndirməsinin dəyişdiyini etiraf edib.

O, həmçinin bildirib ki, Ukraynanın əsas təhlükəsizlik qarantiyası təxminən 800.000 hərbçidən ibarət öz ordusu olaraq qalır. Stubb əlavə edib ki, Avropa ölkələri Ukraynanın qitənin təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə almalıdır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın müharibənin tənzimlənməsi ilə bağlı ABŞ-la təmaslara hazır olduğunu deyib. Onun sözlərinə görə, Rusiyanın mövqeyi artıq Amerika tərəfinə çatdırılıb.

Избранный
52
publika.az

1Источники