RU

"Sabah" "Karvan-Yevlax" ilə matça üç itki ilə çıxacaq, birinin oynayacağı isə sual altındadır

Misli Premyer Liqasının (MPL) 29-cu turu çərçivəsində "Karvan-Yevlax"ı qəbul edəcək "Sabah"ın oyuna neçə itki ilə çıxacağı dəqiqləşib.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

"Heyətdə iki cəzalı futbolçu var. Abdulla Xaybullayev qırmızı vərəqə, Stiv Solvet isə sarı vərəqə cəzalısıdır. Pavol Şafranko isə zədə səbəbindən oynamayacaq. Bundan başqa, Coy Lens Mikelsin meydana çıxıb-çıxmayacağı bilinmir. Zədəsi olan hücumçunun durumu ilə bağlı son qərar matç öncəsində veriləcək".

"Bank Respublika Arena"da bu gün baş tutacaq "Sabah" - "Karvan-Yevlax" oyununun start fiti 20:00-da səslənəcək. Hazırda 99 xalı olan Masazır komandası 1-ci, 14 xala malik bölgə təmsilçisi isə 12-ci - sonuncu sırada mövqe tutub.

Mirağa

Избранный
40
1
fanat.az

2Источники