RU

Hücumçunun qeydləri tapıldı: Hədəf kim idi?

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-də Ağ Ev müxbirlərinin tədbirində baş verən silahlı hücumdan sonra saxlanılan şübhəli Kol Tomas Allenə aid olduğu iddia edilən yazı üzə çıxıb.

Bakupost.az xəbər verir ki, “The New York Times” nəşrinin verdiyi məlumata görə, qeyddən hücumçunun Donald Tramp və onun administrasiyasına qarşı qəzəbli olduğu hiss edilir. O, Trampa ağır ittihamlar ünvanlayıb və ABŞ-nin İranda həyata keçirdiyi əməliyyatlara görə hökuməti tənqid edib.

İlkin araşdırmalara görə, şübhəlinin əsas hədəfi hökumət rəsmiləri olub. Hadisə zamanı təhlükəsizlik qüvvələri hücumu zərərsizləşdirib və bir neçə nəfər xəsarət alıb.

Rəsmilər bildirir ki, hücumun motivi hələ tam dəqiqləşdirilməyib və istintaq davam edir.

Röya Rizvanzadə,BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
www.bakupost.az

1Источники