RU

Uşaqlarda pnevmoniya halları ARTIR – HƏKİMDƏN XƏBƏRDARLIQ

"Son həftələrdə, xüsusilə uşaqlar arasında davamlı öskürək, qızdırma, halsızlıq və ümumi zəiflik kimi əlamətlərlə müraciətlər artıb".

Bunu Day.Az-a açıqlamasında Azərbaycan Həkimlər Birliyinin sədr müavini Aydın Əliyev deyib.

O, bildirib ki, bu şikayətlərlə həkimə gətirilən uşaqlar müayinə üçün yönləndirilir və rentgen yoxlamaları zamanı bəzi hallarda pnevmoniya aşkarlanır.

"Ümumilikdə pnevmoniya hallarının sayında nisbi artım müşahidə olunur. Əksər hallarda uşaqlar əvvəlcə kəskin respirator virus infeksiyasına yoluxurlar. Bu infeksiya adətən yuxarı tənəffüs yollarını zədələyir və tipik soyuqdəymə simptomları ilə müşayiət olunur.

Lakin bu halların az bir qismində infeksiya ağırlaşaraq aşağı tənəffüs yollarına keçir və iltihaba səbəb olaraq pnevmoniya yarada bilir. Bəzi vəziyyətlərdə isə virus infeksiyasına əlavə olaraq bakterial infeksiya da qoşula bilər ki, bu da xəstəliyin gedişini daha da ağırlaşdıra bilər", - o deyib.

A.Əliyev qeyd edib ki, vəziyyət kütləvi xarakter daşımır:

"Bu hallar əsasən mövsümi olaraq rast gəlinən kəskin respirator virus infeksiyalarının bir hissəsində müşahidə olunur. Hazırda vəziyyət təhlükəli həddə deyil", -  o bildirib.

Nəsimi Ələsgərli

Избранный
54
day.az

1Источники