RU

2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto

2
Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi “QAZ-66” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
50
1news.az

10Источники