Türkiyənin İğdır bölgəsində azərbaycanəsilli qadın yaşadığı evdə ölü tapılıb.BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "İhlas" xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, gecə saatlarında evdən gələn silah səsləri ilə əlaqədar qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər. Hadisə yerinə gələn asayiş keşikçiləri Əli Mamakın və azərbaycanəsilli Maisə Bayramovanın silahla vurulduqlarını müəyyənləşdiriblər. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.