RU

ABŞ təyyarələrində təhlükəli nasazlıq: Hissələr havada qopdu

Yaponiya Hərbi Hava Qüvvələrində (JASDF) xidmət edən ABŞ istehsalı olan F-15 qırıcı təyyarələrinin texniki vəziyyəti ilə bağlı yaşanan son hadisələr mübahisələrə səbəb olub.

Publika.az “Haber 7”yə istinadən xəbər verir ki, aprel ayında Hokkaydodakı Tetsui Hava Bazasında yerləşən F-15 qırıcı təyyarələri ilə bağlı ardıcıl olaraq iki ciddi hadisə baş verib.

Aprelin 16-da təyyarələrdən birinin qanadından bir parça qopub, ayın 21-də isə diametri 5,4 santimetr olan silindrik bir hissə Tomakomai şəhəri üzərində uçuş zamanı qoparaq düşüb.

Hər iki hadisədə pilotların uçuş zamanı heç bir problem görmədiyi və nasazlıqların yalnız bazaya qayıtdıqdan sonra yoxlamalar zamanı aşkar edildiyi bildirilib.

Избранный
33
publika.az

1Источники