RU

Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Dövlət İmtahan Mərkəzində (DİM) “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsi ilə əməkdaşlıq çərçivəsində göstərdikləri peşəkar fəaliyyətə və qiymətləndirmə prosesinə verdikləri töhfələrə görə ekspertləri fəxri fərmanla təltif edib.

DİM sədri xarici dillərin qiymətləndirilməsi sahəsində son illərdə görülmüş işlər, mühüm islahatlar haqqında məlumat verib və qiymətləndirmə alətlərinin CEFR standartlarına uyğunlaşdırıldığını deyib. O, yeni imtahan modelinin müəllimlər üçün də tədris prosesini daha məqsədyönlü planlaşdırmağa və yazı bacarığının sistemli inkişafına şərait yaradacağını vurğulayıb.

Daha sonra DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva tədbirdə iştirak edən müəllimlərə tam orta təhsil səviyyəsi üzrə xarici dil fənni üzrə qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən dəyişikliklər, ölçmə meyarları, həmçinin pilot imtahanın nəticələri haqqında ətraflı məlumat verib.

Dövlət dili və xarici dillər üzrə şöbənin əməkdaşı Nəzrin Kərimova isə yeni modelin əvvəlki illə müqayisədə əsas fərqlərini izah edib və onun CEFR tələblərinə uyğunlaşdırıldığını vurğulayıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

Daha əvvəl ictimaiyyətə təqdim olunan yeni imtahan modeli nümunəsi ilə buradan tanış ola bilərsiniz.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – İlqar Cəfərov

Videooperator -Vüsal Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
1
azertag.az

2Источники