ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Rus ordusu Donetsk və Xarkov bölgələrində irəliləyib.
Bu barədə "DeepState" analitikləri məlumat yayıb.
Məlumata görə, rus ordusu Oskol çayının sol sahilində, Sinkovkanın cənubunda yerləşən Petropavlovka yaxınlığında irəliləyib.
Analitiklər həmçinin düşmənin Kostyantinivka ərazisində irəliləməsi barədə məlumat veriblər.
Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiyanın demək olar ki, bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını gücləndirdiyini bildirmişdi.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.