Eder Militao bu həftə əməliyyat olunacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Real”ın müdafiəçisinin ötən ilin dekabrında aldığı bud zədəsi yenidən təkrarlanıb və bu səbəbdən cərrahi müdaxilə qaçılmaz olub.
Əməliyyat Finlandiyada keçiriləcək, bərpa müddətinin təxminən 5 ay çəkəcəyi gözlənilir. Bu səbəbdən 28 yaşlı futbolçu qarşıdakı dünya çempionatını buraxacaq.
Militao cari mövsümdə La Liqada 16 oyunda 2 qol vurub.