RU

Abbas Əraqçi: İran-Rusiya münasibətləri ən yüksək səviyyədə strateji tərəfdaşlıqdır

BAKI, 27 aprel. TELEQRAF

Rusiya və İran arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və gələcəkdə daha da möhkəmlənəcək.

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı deyib.

Nazir Tehranın Moskva ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb:

"Bu səfərim zamanı mənə tapşırılıb ki, İran-Rusiya münasibətlərinin bizim üçün ən yüksək səviyyədə strateji tərəfdaşlıq mənasına gəldiyini bir daha təsdiqləyim. Biz bu yolla irəliləməyə davam edəcəyik".

Избранный
20
50
teleqraf.com

10Источники