RU

Fəal siyasi dialoq Azərbaycan-Ukrayna əməkdaşlığının dayanıqlı inkişafına töhfə verir ŞƏRH

Bakı, 27 aprel, AZƏRTAC

Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində sülhə, əməkdaşlığa mühüm töhfə verən ölkə kimi böyük nüfuz sahibinə çevrilib. Prezident İlham Əliyevin müdrikliklə müəyyənləşdirdiyi uğurlu siyasi xəttin nəticəsidir ki, bu gün dünya dövlətləri Azərbaycan ilə əməkdaşlığa, müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsinə səy göstərirlər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.

Azərbaycanın artıq dünyada beynəlxalq gündəliyə dair məsələlərin müzakirə olunduğu mühüm məkanlardan biri kimi də böyük nüfuz qazandığını söyləyən Şahin İsmayılov deyib: “Bu xüsusda, Ukrayna Prezidentinin Azərbaycana səfəri yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də regional və beynəlxalq kontekstdə əhəmiyyətlidir”.

Komitə sədri bildirib ki, 2008-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Ukrayna münasibətləri ötən illər ərzində dostluq və əməkdaşlığa əsaslanıb və yüksələn xətt üzrə inkişaf edib. İki ölkə arasında bu günədək müxtəlif sahələri əhatə edən 160-dan çox sənəd imzalanıb. Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi yarım milyarddan çoxdur.

“İki ölkə arasında tərəfdaşlıq əlaqələrindən bəhs edərkən, əlbəttə SOCAR-ın Ukraynadakı fəaliyyətini qeyd etmək lazımdır. SOCAR yanacaqdoldurma stansiyaları Ukraynada məşhur brendə çevrilib və fəaliyyətini uğurla davam etdirir. Enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün də yaxşı perspektivlər mövcuddur. Ukrayna Prezidentinin səfəri çərçivəsində müzakirə olunan məsələlər sırasında birgə hərbi sənaye kompleksinin yaradılması üzrə danışıqlar olduqca mühüm əhəmiyyət kəsb edir”, - deyə Şahin İsmayılov vurğulayıb.

İki ölkə arasında əlaqələrin inkişafında fəal siyasi dialoqun önəmini qeyd edən Şahin İsmayılov bildirib ki, Ukrayna Prezidentinin səfəri dost ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, əməkdaşlığın uzunmüddətli və dayanıqlı inkişafına xidmət edəcək.

Избранный
27
2
azertag.az

3Источники