RU

İstixana meyvələri zərərlidir? Ekspert həqiqəti açıqladı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Artıq marketlərdə ərik satılmağa başlayıb. Vaxtından tez yetişən meyvələrin necə əldə edildiyi və bu prosesin sağlamlığa təsiri ilə bağlı suallar yenidən gündəmə gəlib. Eyni zamanda, istehlakçılar təbii və keyfiyyətli ərik üçün hansı dövrün daha uyğun olduğunu öyrənməyə çalışırlar. Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Demokrat.az-a bildirib ki, cəmiyyətdə belə fikir formalaşıb ki, mövsümündən kənar yetişdirilən meyvə və tərəvəzlər insan orqanizmi üçün zərərlidir:"Halbuki bu yanaşma tam doğru deyil. Tarixən insanlar min illərdir müxtəlif üsullarla, o cümlədən örtülü təsərrüfat şəraitində meyvə və tərəvəz yetişdiriblər və bu məhsullar həm istehlak, həm də bazara çıxarılıb. Keçmiş dövrlərdə indiki kimi texnoloji imkanlar olmasa da, torpaqda istilik yaratmaq və bitkiləri şaxtadan qorumaq üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu, örtülü təsərrüfatların formalaşmasına gətirib çıxarıb.Hazırda da istixanalarda meyvə və tərəvəz yetişdirilir. Burada günəş işığını əvəz edən xüsusi lampalardan istifadə olunur və bitkilərin fotosintez prosesi normal şəkildə davam edir. Nəticədə məhsulun keyfiyyəti düzgün aqrotexniki qaydalara əməl olunduğu halda aşağı düşmür".Ekspert deyib ki, bəzi hallarda isə kimyəvi maddələrdən həddindən artıq istifadə edildikdə məhsulda qalıqlar yarana bilər:"Bu isə yalnız istixana məhsullarına deyil, açıq sahədə yetişdirilən məhsullara da aiddir. Əsas problem yetişdirmə üsulu deyil, qaydalara düzgün əməl olunmamasıdır. İstixana məhsulları da laborator və texniki nəzarətdən keçdikdə təhlükəsiz hesab olunur. Ona görə də məhsulun mövsümdən kənar və ya istixanada yetişdirilməsi onun avtomatik olaraq zərərli olması anlamına gəlmir. Ümumilikdə, düzgün nəzarət və standartlara əməl edildiyi halda həm açıq sahədə, həm də istixanalarda yetişdirilən məhsullar istehlak üçün yararlıdır", - deyə o qeyd edib. Qısası, meyvənin vaxtından tez yetişməsi onun mütləq zərərli olduğu mənasına gəlmir, əsas odur ki, becərilmə zamanı kimyəvi dərmanlardan düzgün istifadə edilsin.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
20
demokrat.az

1Источники