Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.
Hafta.az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Zirə”ni qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu komandaların 1-ci dövrədəki görüşündə heç-heçə qeydə alınıb, 2-ci dövrədə Tovuz təmsilçisi qələbə qazanıb.
Digər oyunda isə “Sabah” “Karvan-Yevlax”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komandaların 1-ci və 2-ci dövrələrdəki duellərindən “Sabah” qalib ayrılıb.
Misli Premyer Liqası, 29-cu tur
27 aprel (bazar ertəsi)
20:00. “Sabah” – “Karvan-Yevlax” - 2:0
Qırmızı vərəqə: Tompson Qavi, 36 ("Karvan-Yevlax"), Aleksey İsayev, 64 ("Sabah")
Qol: Patrik Mbina, 49, Aron Maluda, 55
“Bank Respublika Arena”
18:00. “Turan Tovuz” – “Zirə” - 1:1
Qol: Rəhim Sadıxov, 22 (1:0), Davit Volkov, 63 (1:1)
Tovuz şəhər stadionu
25 aprel (şənbə)
“Qəbələ” - “Araz-Naxçıvan” - 1:1
“İmişli” - “Sumqayıt” - 0:2
26 aprel (bazar)
"Neftçi" – "Qarabağ" - 1:5
"Şamaxı" – "Kəpəz" - 2:0