Rusiyada müharibə başlayandan bəri qeyri-adi şəraitdə ölən top-menecerlərin sayı artıq 20-yə çatıb.
Musavat.com xəbər verir ki, sonuncu hadisə Volqoqrad vilayətində, Volqa çayında baş verib.
“Yandex”in 42 yaşlı top-meneceri Sergey Loyter balıq ovu zamanı qayıqda olduğu vaxt boğularaq həyatını itirib.
Məlumata görə, qayıqda onun qayınatası – volqoqradlı tikinti biznesmeni Aleksandr Nazarov və daha iki nəfər də olub. Hadisə nəticəsində onların hamısı ölüb.
Sergey Loyter daha əvvəl Kremlə yaxın şirkətlərdən birində kommersiya direktoru vəzifəsində çalışıb, daha sonra isə “Yandex”in beynəlxalq istiqaməti olan Yango bölməsində fəaliyyət göstərib.
Son dövrlər Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra ölkədə neft-qaz, bank və texnologiya sektorlarında çalışan yüksək vəzifəli şəxslərin müəmmalı ölümü ilə bağlı xəbərlər ard-arda yayılır. Bu hadisələrdə səbəblər kimi ürəktutma, intihar versiyası, pəncərədən yıxılma və digər qeyri-adi hallar göstərilir.
Musavat.com