RU

Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnikZakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyaRespublikasına rəsmi səfər edib.

Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizin İtaliyaRespublikasındakı səfirliyini ziyarət edib.

Daha sonra general-polkovnik Zakir Həsənov italiyalı həmkarıcənab Quido Krosetto ilə görüşüb.

Protokola uyğun olaraq rəsmi qarşılanma mərasimində müdafiənazirləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Sonra həriki ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənabRəşad Aslanovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasındastrateji tərəfdaşlığa əsaslanan münasibətlər və perspektivlərimüzakirə olunub.

Görüşdə, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrindəəməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraqdoğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
8
2
az.trend.az

10Источники