RU

"Şamaxı"da parlayan forvardı 4 klub istəyir -ADLAR

"Şamaxı"nın mərkəz hücumçusu Karim Rossi iş yerini dəyişmək barədə düşünür.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "aslanlar" onu heyətdə saxlamaq üçün maaşını qaldırmalı olacaqlar.

Hazırda "Sumqayıt" və "İmişli" kimi klubların heyətdə görmək istədiyi 31 yaşlı isveçrəlini "Turan Tovuz" və "Zirə" də nəzərdən keçirir.

Mərakeş əsilli ön xətt oyunçusu bu variantlar arasından ən sərfəlisini seçməyi planlaşdırır. Onun hazırki təklifləri arasında ən perspektivliləri Azərbaycan klublarından aldığı çağırışlardır.

Qeyd edək ki, cari mövsüm Premyer Liqa və Azərbaycan Kubokunda 31 matça çıxan Rossi 12 qol vurub. Onun Şamaxı təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Toğrul

Избранный
54
fanat.az

1Источники